Şamaxıda tibbi müayinə zamanı səhhətində problem aşkarlanan 1925 nəfər ambulator müalicəyə cəlb edilib

Şamaxıda tibbi müayinə zamanı səhhətində problem aşkarlanan 1925 nəfər ambulator müalicəyə cəlb edilib
16:08 21 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Şamaxı, 21 fevral, AzərTAc
Şamaxı rayonunda fevralın əvvəlindən indiyədək rayon üzrə 19150 nəfər tibbi müayinədən keçib. Müayinədən keçənlərin 1925 nəfəri ambulator, 33 nəfəri stasionar müalicəyə cəlb edilib. 69 nəfər Bakı şəhərinin müvafiq tibb müəssisələrinə göndərilib.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Şamaxı rayonunda əhalinin kütləvi tibbi müayinəsi mütəşəkkil şəkildə davam edir.
Əhalinin sağlamlığının qorunması məqsədi daşıyan bu mühüm kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda xüsusi komissiya yaradılıb, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə müayinə cədvəli tərtib olunub.
Müayinələr təcrübəli həkim və tibbi işçiləri tərəfindən lazımi avadanlıqlarla təchiz olunan mərkəzi rayon xəstəxanasında, müalicə diaqnostika mərkəzində, Göylər kənd sahə xəstəxanasında və 8 həkim məntəqəsində aparılır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxida_tibbi_muayine_zamani_sehhetinde_problem_askarlanan_1925_nefer_ambulator_mualiceye_celb_edilib-833954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR