Bakıda cinayətkar dəstə həbs edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsi 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakinləri Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.