Manat dükanları niyə boşaltdı?

Manat dükanları niyə boşaltdı?
16:21 21 Fevral 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

"Valyuta məzənnələrində dəyişikliklər edilməsindən sonra iri supermarketlərdə və topdan satış məntəqələrində satışlar suni şəkildə dayandırılıb".

Bunu ANS PRESS-in "qaynar-xətti"nə müraciətində paytaxt sakinləri bildiriblər. Sakinlər deyir ki, bəzi mağazalar ümumiyyətlə məhsul satışı dayandırıb.

Hətta mağaza işçiləri belə içəri daxil ola bilməyib. İddia olunur ki, dollar və avronun bahalaşmasından sonra market və topdansatış məntəqələrində məhsulların qiymətləri yenidən müəyyənləşdirilir. Məhz bu səbəbdən ticarət obyektləri əllərindəki məhsulları indiki qiymətlərlə satmaq istəmirlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatından isə ANS PRESS-ə bildirilib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlikdən əmin edirlər ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR