Bakıda sürücülərin təmir gedən yoldan istifadə etmələri böyük tıxac yaratdı

Bakıda sürücülərin təmir gedən yoldan istifadə etmələri böyük tıxac yaratdı
16:23 21 Fevral 2015
82 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bakı yollarından birində böyük sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektində aeroport yolu istiqamətində "Bağırov körpüsü" yanında əlavə yolda təmir işləri getdiyindən həmin ərazidə yol tam bağlanıb.

V.Əsədovun sözlərinə görə, bununla bağlı KİV-də məlumat verilməsinə baxmayaraq, sürücülərin həmin yolla hərəkət etmələri ərazidə böyük sıxlığın yaranmasına səbəb olub: "Təxminən 40 dəqiqədir ki, həmin yolda sıxlıq yaranıb. Yol polisləri ərazidə intensiv iş aparırlar və sürücülərin tıxacdan çıxmalarına yardım edilir. Bir daha sürücülərə alternativ yol kimi əsas yoldan istifadə etmələrini tövsiyə edirik".

Təmir işlərinin bazar ertəsinədək başa çatdırılması nəzərdə tutulub. Hava şəraitindən asılı olmayaraq, ərazidə iş gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR