Xocalı soyqırımı qurbanlarının xatirəsi Brüsseldə də yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi Brüsseldə də yad edilib
16:23 21 Fevral 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropada və Türkiyədə silsilə tədbirlər davam edir.
Belçikanın paytaxtı Brüsseldə, “Bozar” incəsənət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsertə 400-dən artıq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropada və Türkiyədə silsilə tədbirlər davam edir. 
Belçikanın paytaxtı Brüsseldə, “Bozar” incəsənət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsertə 400-dən artıq qonaq – diplomatlar, ictimaiyyət nümayəndələri, Belçikada fəaliyyət göstərən Avropa İttifaqı qurumlarının təmsilçiləri və media mənsubları qatılıblar.
Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri Mark Vervilghen çıxışında bildirib ki, tədbir 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilib. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Vervilghen qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarının işğal altında olması səbəbindən azərbaycanlı məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıda bilmirlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə və ATƏT-in Minsk qrupunun 21 ildən artıq vasitəçilik missiyası həyata keçirməsinə baxmayaraq, problemin həlli istiqamətində danışıqlarda heç bir irəliləyiş yoxdur.
Flandriyanın mədəniyyət naziri Sven Gatz qeyd edib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım konsertinin təşkil edilməsi biz avropalılara Dağlıq Qarabağda, xüsusilə də Xocalıda baş verən dəhşətli hadisələri xatırlamağa imkan yaradır.
Azərbaycanın Belçikadakı səfiri və eyni zamanda Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov deyib ki, Xocalı faciəsi 1992-ci ilin fevralında baş vermiş qorxunc vəhşilik idi. Eyni vəhşilik sonradan Balkanlarda da baş verdi.
Səfir bildirib ki, Azərbaycan müasir, dünyəvi və sürətlə inkişaf edən ölkədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq Azərbaycan öz stabilliyini qoruyub saxlayır, inkişaf edir və regionun liderinə çevrilib. “Təəssüf ki, ərazimizin 20 faizi hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır və müntəzəm olaraq ölkəmizə qarşı bir sıra hallarda təxribatlar aparılır. Bununla belə, biz münaqişənin sülh yolu ilə həllinə inanırıq və ümid edirik ki, Avropa və beynəlxalq ictimaiyyət bu yolda öz köməyini əsirgəməyəcək. Bu axşam biz Azərbaycan xalqını, Dağlıq Qarabağı xatırlayırıq və xüsusilə də Xocalıda həlak olanların ruhunu yad edirik”, - deyə diplomat bildirib.
Konsert proqramında fransız bəstəkarı Pyer Tiloyun “Xocalı 613” əsərinin Belçika premyerası da keçirilib. Musiqiçilər Sabina Rakçeyeva (skripka), Annaliza Klement (klarnet) və Maqma Strinq kvartetindən ibarət olub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocali_soyqirimi_qurbanlarinin_xatiresi_Brusselde_de_yad_edilib-833957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR