Bakı Ali Neft Məktəbində “Maraq sərgisi” təşkil olunub

Bakı Ali Neft Məktəbində “Maraq sərgisi” təşkil olunub
16:28 21 Fevral 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Bakı Ali Neft Məktəbində (BANM) şagirdlərin və tələbələrin texniki yaradıcılığına həsr olunmuş “Maraq sərgisi” keçirilib.
Bakı Ali Neft Məktəbindən AzərTAc-a bildirilib ki, tədbirdə ali təhsil müəssisəsində fəaliyyət göstərən “Gənc mühəndislər klubu” və “Badamdar klubu”, orta məktəblərin şagirdləri, BANM-ın tələbələri, “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri, BANM-ın əməkdaşlıq etdiyi transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.
BANM-ın prorektoru Ramiz Hümbətov ölkənin ən gənc ali təhsil müəssisəsinin 3 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlar, burada mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar haqqında danışıb.
Ramiz Hümbətov orta məktəblərin yuxarı sinif şagirdlərini texniki yaradıcılığa cəlb etmək, onlarda mühəndislik fəaliyyətinə həvəs oyatmaq və gələcəkdə texniki ali məktəblərdə təhsil almağa sövq etmək məqsədilə “Gənc mühəndislər klubu”nun yaradıldığını diqqətə çatdırıb, bu klubun son bir il ərzində bir sıra orta məktəblərdə gənc mühəndislər dərnəklərinin təşkili üçün atdığı addımlardan bəhs edib.
Prorektor tədbirdə iştirak edən transmilli şirkətlərin nümayəndələrinə müraciət edərək onları orta məktəblərdə yaradılan gənc mühəndislər dərnəklərinin texniki vəsaitlər, alətlər və avadanlıqlarla təchiz olunmasında yardımçı olmağa çağırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebinde_Maraq_sergisi_teskil_olunub-833958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR