Qar yağacaq, 6 dərəcə şaxta olacaq

Qar yağacaq, 6 dərəcə şaxta olacaq
16:31 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Axşam.az xəbər verir ki, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR