Nazirlikdən qiymət artıranlara SƏRT XƏBƏRDARLIQ

Nazirlikdən qiymət artıranlara SƏRT XƏBƏRDARLIQ
16:44 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bəzi iri ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandırıb

İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklərlə bağlı qərarı ilə əlaqədar məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə isə, bəzi iri ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandıraraq, satdıqları məhsulların qiymətini dəyişirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR