Gənc mütəxəssislər İKT texnologiyalarının sirlərinə dərindən yiyələnməlidirlər

16:48 21 Fevral 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Fevralın 21-də Azərbaycan Texniki Universitetində “SABAH” qruplarının tələbələrinin “Azercell Telecom” MMC-nin nümayəndələri ilə görüşü keçirilib.
Universitetdən AzərTAc-a bildiriblər ki, görüşü Təhsil Nazirliyi “SABAH” qrupları layihəsinin icra komitəsinin sədri Elçin Ağakişiyev açaraq ölkəmizdə bilikli, bacarıqlı və savadlı mütəxəssislər hazırlamaq sahəsində görülən işlərdən danışıb. Nazirliyin nümayəndəsi vurğulayıb ki, ali məktəblərdə “SABAH” qruplarının yaradılması məhz həmin məqsədə xidmət edir. Müasir dövrün mütəxəssisləri nəzəri biliklərlə yanaşı, İKT texnologiyalarına, kompyuter proqramlarından geniş istifadənin sirlərinə dərindən yiyələnməlidirlər.
“Azercell Telecom” MMC-nin Verilənlər bazası proqramı üzrə eksperti Kamran Ağayev “Oracle Certified Master” imtahanına gedən yol” mövzusunda məruzə edib. Qeyd olunub ki, bu imtahana hazırlaşmaq üçün tələbələr ingilis dilini mükəmməl bilməli, həmin proqram haqqında ədəbiyyatdan geniş istifadə etməlidirlər.
Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_mutexessisler_IKT_texnologiyalarinin_sirlerine_derinden_yiyelenmelidirler-833961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR