Dünyanın ən varlı meymunu

Dünyanın ən varlı meymunu
16:51 21 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda bir cütlük var dövlətini meymuna miras qoyub.

ANS PRESS-in məlumatıana görə, cütlük uşaqları olmadığı üçün 2004-cü ildə aldıqları və Çunmun adını verdikləri meymuna bir sərvət hədiyyə ediblər.

Hindistanın Uttar Pradeş ştatında yaşayan Srivastava ailəsinin firmaları, şəxsi evi, bağ-bağçası və bankda xeyli sayda pulları var. Srivastava ailəsi meymunu oğulları kimi çox sevirlər.

Cütlük ailələrinin evlənmələrinə qarşı çıxmalarına baxmayaraq nikaha giriblər. Həmin gündən cütlüyün bütün qohumları ilə münasibətləri korlanıb. O vaxtlar çox çasıb olan ailə daha sonra varlanıb. Cütlük uşaqları olmadığı üçün bütün var-dövlətlərini saxladıqları meymuna miras qoyublar.

Çunmun adlı meymunun hələ 10 yaşında olduğu bildirilir. Meymunların orta hesabla 40 il yaşadığını nəzərə alsaq belə qanətə gəlmək olar ki, Çunmun təxminən 25-30 il var-dövlət içində yaşayacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR