Eyni ərazidə iki qəza: biri aşdı, ikisi toqquşdu

Eyni ərazidə iki qəza: biri aşdı, ikisi toqquşdu
17:05 21 Fevral 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün, saat 4 radələrində Biləsuvar rayonunun girəcəyində ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, rayonun yaxınlığında "Ford Tranzit" markalı avtomobil ilə "KamAZ" markalı yük maşını toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, yolda böyük tıxac yaranıb.

Qəzaya səbəb hava şəraitinin pis olması göstərilir.

Bundan başqa, həmin ərazidə daha bir qəza hadisəsi baş verib. Belə ki, yük maşını (Tır) yoldan çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanın olub-olmaması ilə bağlı hələlik məlumat verilməyib.

Əfqanə
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR