Manat yenə ucuzlaşacaq?

Manat yenə ucuzlaşacaq?
17:06 21 Fevral 2015
278 Ölkə
Ölkə mətbuatı
A- A+

"Manatın ucuzlaşması bununla bitməyəcək və ilin sonuna doğru yumşaq da olsa ucuzlaşmaqda davam edəcək".

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin fikrincə, yenə də son sözü neft deyəcək:

"Hökumətin 2 yolu var idi: ya kəskin, ya da yumşaq devalvasiya. Hökumət yumşaq ucuzlaşmanı seçdi. Ancaq bu gün məlum oldu ki, hökumət hər iki variantı seçib. Kəskin devalvasiya baş verdi və yumşaq devalvasiya davam edəcək. Yenə də son sözü neft deyəcək. Neft bahalaşsa, manatın sabitləşməsi ehtimalı olacaq".

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avro isə 1.19 AZN səviyyəsində müəyyən edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR