Kremlə sərt ittiham

Kremlə sərt ittiham
17:26 21 Fevral 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Moskvanı ötən il Kiyevin Maydanında nümayişçilərin snayper atəşinə tutulmasında birbaşa əli olmaqda ittiham edib.

ANS PRESS-in verdiyi məlumata görə, qətllərin birinci ildönümündə ittiham irəli sürən prezident Ukrayna xüsusi xidmət orqanlarında buna dair dəlillərin olduğunu söyləyib.

P.Poroşenko öldürülənlərin qohumlarına deyib ki, dövlət xüsusi xidmət orqanlarının ona verdiyi məlumata əsasən, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Maydanda fəaliyyət göstərən xarici snayper qruplarına başçılıq edib. Çünki Rusiya prezidenti Vladimir Putin müşaviri Vladislav Surkovla məsləhətləşir.

Rusiyanın Xarici İşlər Nazirliyi ittihamları cəfəngiyyat adlandırıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR