Dənizdən 22 cəsəd çıxarıldı

Dənizdən 22 cəsəd çıxarıldı
17:16 2 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Qəzaya düşən "AirAsia" şirkətinə məxsus sərnişin təyyarəsindən indiyə kimi 22 cəsəd çıxarılıb.

ANS PRESS-in məlumatına görə, İndoneziya rəsmiləri pis hava səbəbindən axtarışlara ara verildiyini bildiriblər.

Qəzaya uğrayan təyyarədə 162 sərnişin və ekipaj üzvü olub.

Dalğıclar Borneo adasının yaxınlığında, A320 təyyarəsinin qəzaya uğradığı ərazidə Sonarın köməyilə okeanın 30-50 metr dərinliyində böyük, tünd obyekti tapmağa çalışır.

Meteoroloqlar güclü külək və yağışın bazar gününədək davam edəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR