Hökümət bahalaşmaya qarşı hərəkətə keçdi

Hökümət bahalaşmaya qarşı hərəkətə keçdi
17:46 21 Fevral 2015
1061 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə bağlı məlumat açıqlayıb.

ANS PRESS qurumun saytına istinadən xəbər verir ki, nanatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Qeyd edək ki, Mərkəzi Bankın qərarından sonra manat dollara nisbətən 34,6 faiz ucuzlaşıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR