Quba-Xınalıq yolunun bəzi hissələrində qarın hündürlüyü 15 santimetrə çatıb

Quba-Xınalıq yolunun bəzi hissələrində qarın hündürlüyü 15 santimetrə çatıb
18:03 21 Fevral 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 21 fevral, Elxan Yusifli, AzərTAc
Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Həm respublika, həm də yerli əhəmiyyətli yollara Qubadakı 6 saylı yol istismarı idarəsinin növbətçi briqadaları nəzarət edir.
İdarənin baş mühəndisi Aydın Niftəliyev AzərTAc-a müsahibəsində bildirib ki, fevralın 20-də gecə saatlarında güclü qar yağması səbəbindən Quba-Xınalıq yolu bir müddət avtomobillərin hərəkəti üçün bağlı olub. Yolun bəzi hissələrində qarın hündürlüyü 15 santimetrə çatıb. Bununla əlaqədar idarənin balansındakı ağır texnika və işçi qüvvəsi yolun qardan təmizlənməsinə cəlb olunub. Yol qısa müddətdə qardan təmizlənib və avtomobillərin hərəkəti bərpa edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_Xinaliq_yolunun_bezi_hisselerinde_qarin_hundurluyu_15_santimetre_chatib-833967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR