Lerikə yağan güclü qar bir sıra problemlər yaradıb

Lerikə yağan güclü qar bir sıra problemlər yaradıb
18:08 21 Fevral 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Lerik, 21 fevral, Bağır Əliyev, AzərTAc
Fevralın 17-dən cənub bölgəsinə yağan aramsız yağışlar ötən gün axşam saatlarından başlayaraq qarla əvəzlənib. Qar ən çox dağlıq ərazidə yerləşən Lerik və Yardımlı rayonlarında qeydə alınıb.
AzərTAc xəbər verir ki, Lerik rayonuna yağan qar yaşayış məntəqələrində bir sıra problemlərə səbəb olub. Rayon fövqəladə hallar komissiyanın sədri Habil Məlikov bildirib ki, Hamarat kəndi ərazisində və Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-də günorta saatlarından başlayaraq Lerik şəhəri də daxil olmaqla, rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Lənkəran-Lerik avtomobil yolunun 29-cu kilometrliyində isə ağacların kökündən qoparaq yola düşməsi nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törədib.
Lerik rayon 43 nömrəli yol istismarı idarəsinin ağır texnikası və canlı qüvvəsi qarın yaratdığı fəsadları aradan qaldıraraq avtonəqliyyatın intensiv hərəkətini təmin ediblər.
Hazırda Lerik şəhərində qarın hündürlüyü 55-60, ucqar ərazilərdə isə 70-80 santimetrə çatır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerike_yagan_guclu_qar_bir_sira_problemler_yaradib-833971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR