İŞİD yaraqlıları İraqdakı qədim məscidlərdən birini partladıblar

İŞİD yaraqlıları İraqdakı qədim məscidlərdən birini partladıblar
18:08 21 Fevral 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
İraq ərazisindəki tarixi tikililərdən biri olan əl-Fərrux məscidi İŞİD qruplaşmasının yaraqlıları tərəfindən partladılıb.
AzərTAc Əl-Ərəbiyə telekanalına istinadla xəbər verir ki, İraqın Ənbar əyalətinin administrasiyasının nümayəndəsi Süleyman əl-Qabsi məscidin maksimum dağılmasına nail olmaq üçün yaraqlıların tikilinin bütün parametri boyu partladıcı yerləşdirdiklərini deyib. Onun sözlərinə görə, partlayış nəticəsində məscid təməlinə qədər dağılıb.
Ənbar əyalətində Ər-Ramadi şəhərindən 90 kilometr qərbdə yerləşən əl-Fərrux məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə qoyulmuş və onun şərəfinə adlandırılmışdı. İndiyədək dəfələrlə bərpa edilən məscid son zamanlara qədər əyalət rəhbərliyinin xüsusi hesabında olub.
İraqın turizm və tarixi abidələr nazirliyinin məlumatına əsasən, İŞİD-in nəzarətində olan ərazilərdə son bir il ərzində 30-a yaxın tarixi əhəmiyyət kəsb edən dini tikili məhv edilib. Onların arasında Mosul şəhərində yerləşən Yunus Peyğəmbərin məscidi də var.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_yaraqlilari_Iraqdaki_qedim_mescidlerden_birini_partladiblar-833969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR