Cəfər Cabbarlının qızı Gülarə Cabbarlının 85 illik yubileyi qeyd olunub

18:12 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 18:08 ]


 

Bakı. Cavid Zeynallı – APA. Cəfər Cabbarlının Ev muzeyində ədibin qızı Gülarə Cabbarlının 85 illik yubileyi qeyd olunub.

 

APA-nın məlumatına görə, xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov, Məleykə Əsədova, Mərahim Fərzəlibəyov və başqaları Gülarə Cabbarlını təbrik edərək, C. Cabbarlının irsinin qorunmasında onun böyük xidmətləri olduğunu qeyd ediblər.

 

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Gülarə Cabbarlıya xoş arzularını bildirib və nazirliyin mükafatını ona təqdim edib.

 

Tədbirdə poeziya nümunələri və musiqi parçaları səsləndirilib.   

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR