Macaristan Azerbaycanin idman sahesinde tecrubesinin oyrenilmesinde maraqlidir

18:18 21 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Budapest, 21 fevral, Pervane Qarayeva, AzerTAc
“Baki-2015” birinci Avropa Oyunlarinin teqdimat merasimi ile elaqedar Budapestde olan Azerbaycan Respublikasinin gencler ve idman naziri Azad Rehimov Macaristanin xarici isler ve ticaret naziri, Macaristan-Azerbaycan hokumetlerarasi Birge Komissiyanin hemsedri Peter Siyarto ile gorusub.
Birinci Avropa Oyunlari ile bagli son iki ilde gorulen isler barede Peter Siyartoya etrafli melumat veren Azad Rehimov bildirib ki, “Baki-2015”de 6 minden cox atlet idmanin 20 novu uzre quvvesini sinayacaq. Sonuncu Soci Qis Olimpiya Oyunlarinda 2700 idmancinin istirak etdiyini xatirladan nazir “Baki-2015”in miqyasina, istirakcilarinin sayina ve populyarligina gore Olimpiya Oyunlarindan geri qalmadigini xatirladib.
Son iller respublikamizda defelerle oldugunu vurgulayan Peter Siyarto birinci Avropa Oyunlarina ev sahibliyi eden Azerbaycanin bu muhum idman tedbirini yuksek seviyyede teskil edeceyine eminliyini diqqete catdirib. O, Azerbaycan-Macaristan elaqelerinin diger istiqametler kimi, idman sahesinde de boyuk imkanlarinin oldugunu xatirladib. Macaristanli nazir 2024-cu ilde Yay Olimpiya Oyunlarinin kecirilmesi ucun Budapestin namizedliyinin ireli surulduyunu, bu baximdan Azerbaycanin tecrubesinin oyrenilmesinde maraqli olduqlarini vurgulayib.
Gorusde Azerbaycanin Macaristandaki sefiri Vilayet Quliyev ve Heyder Eliyev Merkezinin icraci direktoru Anar Elekberov istirak edibler.
Pervane Qarayeva
AzerTAc-in xususi muxbiri
Budapest

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Macaristan_Azerbaycanin_idman_sahesinde_tecrubesinin_oyrenilmesinde_maraqlidir-833973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR