Qax rayonunda idmanın müxtəlif növləri üzrə rayon birincilikləri keçirilir

Qax rayonunda idmanın müxtəlif növləri üzrə rayon birincilikləri keçirilir
18:23 21 Fevral 2015
247 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 21 fevral, AzərTAc
Bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Qax rayonunda idmanın müxtəlif növləri üzrə rayon birincilikləri keçirilir.
AzərTAc xəbər verir ki, fevralın 21-də şəhər 2 nömrəli məktəb-liseyin idman zalında voleybol üzrə yarışlara yekun vurulub. Rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda oğlanlardan ibarət 20 və qızlardan ibarət 12 komanda mübarizə aparıb. Oğlanların yarışında Ləkit kənd tam orta məktəbin, qızların yarışında isə şəhər 2 nömrəli məktəb-liseyin komandaları fərqlənib. Birincilikdə ilk üç yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar fevralın 21-də rayonda sərbəst güləş və stolüstü tennis üzrə açıq birinciliklərə də start verilib, fevralın 23-25-də isə mini futbol üzrə yarışlara başlanılacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qax_rayonunda_idmanin_muxtelif_novleri_uzre_rayon_birincilikleri_kechirilir-833975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR