Suriya 2014-də: 76 000 adam öldü

Suriya 2014-də: 76 000 adam öldü
17:26 2 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada dörd ildir ki, davam edən münaqişə ərzində ən çox ölüm halları 2014-cü ilə təsadüf edir. ANS PRESS-in məlumata görə, son il ərzində 76 000 adam öldürülüb.

Britaniyada yerləşən Suriya İnsan Haqları Rəsədxanası, ölənlərdən 17 790 nəfər mülki şəxs olduğunu açıqlayıb.

Bu arada İraqdakı münaqişələr nəticəsində 2014-cü ildə 15 000 adam həlak olub. Bu, 2007-ci ildən bəri ölkədə ən ölümcül il sayılır. Zorakılığın böyük hissəsi, hər iki ölkədə İŞİD və digər silahlı qrupların münaqişəsi nəticəsində baş verib.

Həmçinin İŞİD döyüşçülərinə qarşı ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən hava zərbələri, Suriyada hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər və İraqda təriqətlər arasında zorakılıq ölümlərin sayını xeyli artırıb.

Məlumata görə, 2014-cü ildə ölənlər arasında 3 500-dən çox uşaq da var


Suriya dövləti bu rəqəmləri rəsmən təsdiqləməsə də, Suriya İnsan Haqları Rəsədxanası statistikanın bütün ölkədən olan mənbələr əsasında hazırlandığını bildirib.

İnsan haqları qrupuna əsasən 2014-cü ildə 76 021 adam həlak olub. 2013-cü ildə bu rəqəm 73 447 idi. Beləliklə 2011-ci ildə başlayan münaqişə nəticəsində ölənlərin sayı 200 000-i ötüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR