Ucarda Beynəlxalq Ana dili günü qeyd olunub

Ucarda Beynəlxalq Ana dili günü qeyd olunub
18:28 21 Fevral 2015
217 Ölkə
Ölkə mətbuatı
A- A+


Ucar, 21 fevral, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində 21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, ziyalıların, gənclərin və ağsaqqalların təmsil olunduqları tədbirdə Bakı Slavyan Universitetinin müəllimi Namiq Qafarovun Beynəlxalq Ana dili günü ilə əlaqədar geniş məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda Beynəlxalq Ana dili gününün tarixi barədə məlumat verilib. Bildirilib ki, millətin dilinin dövlət statusuna yüksəldilməsi mühüm tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutudur.
Qeyd olunub ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi mühüm tarixi hadisə idi.
Tədbirdə vurğulanıb ki, Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ucarda_Beynelxalq_Ana_dili_gunu_qeyd_olunub-833979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR