YAP Bərdə rayon təşkilatı üzvlərinin 3 mindən çoxu gənclərdir

YAP Bərdə rayon təşkilatı üzvlərinin 3 mindən çoxu gənclərdir
18:28 21 Fevral 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 21 fevral, AzərTAc
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AzərTAc xəbər verir ki, YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya və YAP Siyasi Şurasını üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 254 min nəfərini gənclər təşkil edir.
Tədbirdə YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 10 min 575 nəfər üzvündən 3016-sı gənclərdir.
Sonra rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib.
Tədbirdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/YAP_Berde_rayon_teskilati_uzvlerinin_3_minden_choxu_genclerdir-833978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR