Brüsseldə Fərqanə Qasımovanın konserti keçirilib

18:32 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 18:28 ]


Bakı-APA. Brüsselin İncəsənət Sarayında (Palais des Beaux-Arts) Azərbaycanın muğam ifaçısı Fərqanə Qasımovanın konserti keçirilib.

 

Bu barədə APA-ya Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi,  Avropa İttifaqı yanında Nümayəndəliyindən bildirilib. Məlumata görə, konsert Brüssel İncəsənət Sarayının təşəbbüsü və Səfirliyin təşkilati dəstəyi ilə baş tutub.

 

Konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilmiş muğam inciləri, “Füzuli kantatası”, bır sıra xalq mahnıları və “Qarabağ şikəstəsi” dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.  

 

Konsertdən sonra Fərqanə Qasımova yerli KİV nümayəndələrinə müsahibə verib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR