Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti AzərTAc-da olub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti AzərTAc-da olub
18:47 21 Fevral 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
AzərTAc-ın 95 illik yubileyi münasibətilə təbriklərini çatdıran BAMF-nin sədri Umud Mirzəyev agentliyin son illərdə qazandığı nailiyyətlərin qürurverici olduğunu söyləyib.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan U.Mirzəyev ötən il BAMF-ın BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü seçildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün dünya üzrə 3400 təşkilat ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Bunlardan yalnız 148-i ən yüksək məşvərətçi statusa malikdir.
 
AzərTAc-ın baş direktoru Aslan Aslanov agentliyin keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri, son illərdə əldə etdiyi uğurlar, xüsusilə dünyanın nüfuzlu xəbər agentlikləri alyanslarının rəhbər heyətində təmsil olunması barədə məlumat verib. Baş direktor BAMF-ın ölkəmizdə media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib.
 
BAMF sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Lütful Kabir, sədrin müavini Ayaz Nizamioğlu, təşkilatın beynəlxalq əlaqələr departamentinin rəhbəri Maykl Montasi, qurumun əməkdaşı Canet Vondaynikel də AzərTAc-ı 95 illik yubileyi münasibətilə təbrik edib, agentliyin kollektivinə uğurlar arzulayıblar.
Görüşdə AzərTAc ilə BAMF arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR