“Çelsi” futbol klubu Paris metrosunda zərər çəkmiş qaradərili kişini “PSJ” ilə cavab matçına dəvət edib

18:53 21 Fevral 2015
60 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
“Çelsi” futbol klubu Paris metrosunda zərər çəkmiş qaradərili kişini Çempionlar Liqasında “PSJ” ilə cavab matçına dəvət edib. Xatırladaq ki, “Çelsi” klubunun bir qrup fanatı həmin qaradərili kişini metro qatarına buraxmayıb.
AzərTAc xəbər verir ki, bu zərərdidə şəxs metro vaqonuna daxil olmaq üçün bir neçə dəfə cəhd göstərib, lakin “Çelsi” klubunun azarkeşləri onu itələyib platformaya çıxarıblar. Bundan sonra fanatlar mətnində “Biz irqçilərik, biz irqçilərik, bu bizim xoşumuza gəlir” sözləri olan mahnı oxumağa başlayıblar.
Onu da qeyd edək ki, “Çelsi” öz azarkeşlərindən bir neçəsinin bu komandanın meydanında keçirilən matçlara gəlməsini qadağan edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHelsi_futbol_klubu_Paris_metrosunda_zerer_chekmis_qaraderili_kisini_PSJ_ile_cavab_matchina_devet_edib-833987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR