Gəncədə məskunlaşan xocalılılar tibbi müayinədən keçirilir

Gəncədə məskunlaşan xocalılılar tibbi müayinədən keçirilir
19:03 21 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 21 fevral, Sabir Əliyev, AzərTAc
Gəncə şəhər ərazisində yeni salınan qəsəbədə məskunlaşan xocalılılar və digər sakinlər fevralın 21-də tibbi müayinəyə cəlb olunublar.
AzərTAc xəbər verir ki, 30-a yaxın həkim-mütəxəssisin, o cümlədən terapevt, pediatr, cərrah, onkoloq, mama-ginekoloq, kardioloq, endokrinoloq, nevropatoloq, oftalmoloq, infeksionist və uroloqun daxil edildiyi həkim briqadasının üzvləri gün ərzində səyyar laboratoriya avadanlıqları, EKO, USM, rentgenoflüoqrafiya aparatlarının köməyi ilə tibbi müayinələr aparıblar.
Qəsəbədəki Xocalı rayonunun Kosalar kənd orta məktəbinin binasında keçirilən aksiyada gün ərzində 1700 nəfərdən artıq qəsəbə sakini müayinə olunub. Onlardan 45 nəfəri müalicə üçün Bakı və Gəncənin ixtisaslaşmış səhiyyə ocaqlarına göndərilib.
Müayinədən keçən Aidə Məmmədova Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilən bu xeyirxah aksiyaya görə qəsəbə sakinləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_meskunlasan_xocalililar_tibbi_muayineden_kechirilir-833993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR