Şəmkir və Tovuz rayonlarının elektrik şəbəkələrində təmir-bərpa işləri aparılıb

Şəmkir və Tovuz rayonlarının elektrik şəbəkələrində təmir-bərpa işləri aparılıb
19:03 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
“Gəncə” Regional Elektrik Şəbəkəsinə daxil olan Şəmkir rayonu ərazisində ötən il xətt və avadanlığın dayanıqlılığını daha da artırmaq məqsədilə müəyyən işlər həyata keçirilib.
“Azərenerji” ASC-dən AzərTAc-a bildirilib ki, şəbəkənin balansında olan 110, 35 kilovoltluq (kV) elektrik verilişi xətlərində 210-dan artıq izolyator, 600 metr naqil dəyişdirilib. Üç 35 kV-lik ağac dayaq metal dayaqla əvəz olunub. Eyni zamanda 10-6 və 0,4 kV-lik şəbəkələrdə 610-a yaxın transformator məntəqəsi və 32 kilometr elektrik xətləri əsaslı və cari təmirdən çıxarılıb. Şəhər və rayon ərazisinə 540 birfazalı “Smart-kart” tipli sayğac quraşdırılıb.
Ötən ilin yekunlarına əsasən, Tovuz rayonunda bu istiqamətdə işlər davam etdirilib. Enerji obyektlərində aparılan yenidənqurma işləri istehlakçıların mövcud iqlim şəraitində enerjiyə olan tələbatını daha da dayanıqlı və effektiv edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkir_ve_Tovuz_rayonlarinin_elektrik_sebekelerinde_temir_berpa_isleri_aparilib-833991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR