Olimpiya günlərində toy qadağan edildi

Olimpiya günlərində toy qadağan edildi
19:05 21 Fevral 2015
120 Sosial
Ölkə mətbuatı
A- A+

Avropa Yay Oyunları günlərində Bakıda toy keçirilməyəcək.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində toy təşkilinə icazə verilməyəcək.
 
Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq.
 
Bu məlumatı ATV telekanalına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da təsdiqləyib. O, bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR