Samsung yeni şirkət alır

Samsung yeni şirkət alır
19:17 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Apple İnc ilə Samsung Electronics Co Ltd smartfon ödənişləri servisinin buraxılışı üçün gedən rəqabətin nəticəsində Samsung şirkəti ABŞ-ın LoopPay startapını alıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil ödəniş xidmətlərinin inkişafına nə qədər diqqət ayrılsa da, zəif inkişaf tempi qeydə alınır. Apple, Google , eBay İnc və PayPal kimi şirkətlər istifadəçilərin mağazalarda smartfon vasitəsi ilə ödəniş etməsi üçün xidmətlər təklif edir.
Bununla belə, yeni ödəniş üsulunun işləməsi üçün tələb olunan avadanlıq və proqram təminatı infrastrukturuna sahibkarlar həvəssiz yanaşırlar.
 
LoopPay texnologiyasının üstünlüyü kassalarda mövcud olan maqnit kartlarını oxuma avadanlığı ilə işləyə bilməsi və onları təmassız qəbuledicilərlə əvəz etməsidir.
 
İconq Rhi Samsung şirkətinin anons edilməyən layihəsinin rəhbəri xəbər verir ki, yeni istehsal edilən Galaxy smartfonları bu servisi dəstəkləyəcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR