Şəhid dəfn edildi (VİDEO)

Şəhid dəfn edildi (VİDEO)
19:31 21 Fevral 2015
361 Ölkə
Ölkə mətbuatı
A- A+

Döyüş zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu isə bu gün Şamaxı rayonunda torpağa tapşırılıb.

ANS TV-nin məlumatına görə, şəhid Qobustan rayon Ərəbşalbaşda kənd qəbirstanlığında dəfn edildi. Dəfndə Müdafiə Nazirlyinin əməkdaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, bütün kənd sakinləri, şəhidin hərbi xidmət yoldaşları və qohumları iştirak edirdi.

Sabahdan etibarən isə Ərəbşalbaş kəndində şəhid Cavadov Zəlimxan Eybalı oğlunun yas mərasimi keçiriləcək.

Qeyd edək ki, fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.


Mənbə
ANS-TV-Elgiz Nəbili



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR