Ərdoğan Gülənə səsləndi (VİDEO)

Ərdoğan Gülənə səsləndi (VİDEO)
19:41 21 Fevral 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qızı Sümeyyə Ərdoğana sui-qəsd planlaşdırıldığı barədə iddialara münasibət bildirib.

ANS TV-nin məlumatına görə, Ərdoğan sui-qəsd planının arxasında dayanan şəxsi cəsarətli olmağa və öz adını gizlətməməyə çağırıb.

“Allahın verdiyi canı heç kim ala bilməz”- deyən Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni nəzərdə tutaraq, “ABŞ-dan gələn bu cür təhdidlərin” onun ailəsini qorxutmadığını da deyib.

“Təhdidlər alırıq demişdim. Ailəlikcə hədələnirik demişdim. Qızımla bağlı, mənim özümlə bağlı təhdidlər ortaya çıxmağa başlayıb. Aylardır ortaya çıxan bir şəxs adı var. Cəsarətlisənsə, çıx ortaya, niyə gizli-gizli edirsən? Biz kəfənimizi geyərək bu yola çıxdığımızı demişdik. Bizi yolumuzdan döndərə bilməzsiniz. Səndə ürək varsa, səndə cəsarət varsa, şifrəli adla ortaya çıxma”,- deyə sözlərinə əlavə edib.


Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR