Milli Qəhrəmanın 70 illik yubileyi qeyd edildi - FOTO

Milli Qəhrəmanın 70 illik yubileyi qeyd edildi - FOTO
17:49 22 Aprel 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Binəqədi rayonunda Milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

 

Binəqədi rayon İcra Hakimiyyətindən (İH) APA-ya verilən məlumata görə, İH-nin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və “Milli Qəhrəmanlar” abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə icra başçısının müavini Vüsar İsmayılov, İH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və Milli qəhrəman Allahverdi Bağırovun ailə üzvləri iştirak edib.  Tədbir Dövlət himni ilə açılıb.

 

Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışıblar. Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını deyib. Binəqədi rayon İH başçısının müavini Vüsar İsmayılov isə bildirib ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır.

 

Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/240319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR