3 yaşlı uşağı narkotik öldürdü

3 yaşlı uşağı narkotik öldürdü
17:37 2 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Rostov-Donda 3 yaşlı uşaq narkotik və energetik içkidən ölüb.

Milli.Az İnterfax-a istinadən bildirir ki, şəhərin 26 yaşlı sakininə 3 yaşlı uşağının ölümünə bais olduğuna görə cinayət işi açılıb.

"İlkin məlumata görə, 2014-cü il dekabrın 31-də şübhəli bilinən şəxs toz halında olan güclü narkotik və zəif alkoqollu "Ten Strike" içkisi qəbul edib. Həmçinin bunları 2011-ci il təvəllüdlü uşağına da verib", - RF İstintaq Komitəsinin Rostov vilayəti üzrə istintaq qrupundan bildirilib.

Qurumun mətbuat xidmətinin məlumatına görə, 3 yaşlı uşaq təcili yardım gələnədək keçinib.

İstintaq davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR