Xoşbəxt olmağın ən gözəl yolları

Xoşbəxt olmağın ən gözəl yolları
20:17 21 Fevral 2015
240 Sosial
Ölkə mətbuatı
A- A+

Bəzən həyatdan daha çox zövq almaq üçün istədiyimiz hər şeyi etməyə çalışırıq. Bəzi insanlar sahib olduqları ilə xoşbəxt olmağı bacarır, bəziləri isə əlindəkinin qədrini bilmir və xoşbəxtliyi başqa yerdə axtarırlar. Elə insanlar da var ki, onlar üçün xoşbəxtlik sadəcə maddiyyatdan ibarətdir. Ancaq insan kiçik şeylərdən xoşbəxt olmağı bacarsa, həyat onun üçün daha mənalı və maraqlı olar. Özünüzü daha xoşbəxt hiss etməyin ən sadə yolları:
 
Özünüzə köklənin: Həyatda hər zaman sizə düşüncələrini və öyüdlərini təlqin etmək, məsləhət vermək istəyən insanlar olacaq. Ancaq öz həyatınız haqqında qərarları sadəcə özünüz verin. Çünki, sonda verdiyiniz qərarların nəticələrilə yaşamaq məcburiyyətindəsiniz. Buna görə də özünüzə köklənin və xoşbəxt olmağa çalışın.
 
Vaxtınızı boş keçirməməyə diqqət edin: Bir həftə boyunca gün ərzində nələrə vaxt sərf etdiyinizi hesablayın. Zamanınızı boş şeylərə vaxt ayırmadan keçirin. Bir sözlə hər anınızı dəyərləndirin. Bu zaman özünüzü daha xoşbəxt hiss edəcəksiniz.
 
Hər gün yaşadıqlarınıza və əlinizdə olanlara şükür edin: Hər gün yaşadığınız hadisələrə görə, sahib olduğunuz nemətlərə görə, bir sözlə yaşadığınız həyata görə şükür edin. Bu zaman yaşamaqdan daha çox zövq alacaqsınız.
 
Yaxşılıq edin: Ətrafınızdakılara bacardığınız qədər köməklik göstərin. Ehtiyacı olanlara kömək etmək, kimsəsiz bir uşağı sevindirmək sizi də xoşbəxt edər.
 
Ətrafınızı özünüz seçin: Dostlarınızla və ya ailənizlə olan əlaqələrinizi daha da möhkəmləndirin. Harada, kimin yanında özünüzü xoşbəxt hiss edirsinizsə orada olun.
 
Yeni insanlarla tanış olun: Sosiallaşma hər bir insanın ehtiyac duyduğu ən əhəmiyyətli şeylərdən biridir. Yeni insanlarla tanış olmaq, yeni fikirlər öyrənmək və yeni mühitdə olmaq özümüzü xoşbəxt hiss etməyimizə kömək edər.
 
Yeni yerlər kəşf edin: Yeni yerlər və mədəniyyətlər öyrənmək həyata olan marağınızı artırar. Dünyaya fərqli nəzərlərlə baxmağa başlayarsınız. Beləliklə həyatdan zövq alarsınız.
 
Lazımsız əşyalarınızı atın: Fiziki olaraq dağınıqlıq, qarışıqlıq zehni qarışıqlığa da səbəb ola bilər. Ətrafınızdakı lazımsız əşyaları azaltmaq sizə daha sakit bir həyat və xoşbəxt ab-hava qazandırar.
 
Özünüzə daha çox vaxt ayırın: Özünüzə vaxt ayırmaq, özünüzlə məşğul olmaq sizi daha çox xoşbəxt edər. Kitablar, qəzet, jurnal oxuyun və özünüzə qarşı mehriban və mərhəmətli olmağa çalışın.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR