3 unikal Rolls-Royce hazırlandı - FOTO

3 unikal Rolls-Royce hazırlandı - FOTO
20:22 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Rolls-Royce şirkəti Abu-Dabidə dizaynı “Maysor pələngi”nə (britaniyalı müstəmləkəçilərə qarşı mübarizənin ilhamvericisi, Hindistanın cənubunda Maysor knyazlığının sultanı) həsr edilmiş dördqapılı unikal Ghost modellərinin kolleksiyasını hazırlayıb. Yeni avtomobildən cəmi üç nüsxə buraxılıb. Onun xaricində və daxilində pələng və tovuz quşu quyruğu rəsmləri çəkilib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, eksklüziv Ghost adi modelin uzun təkər bazası üzərində yığılıb. Yeni modelin kuzovu ağ və göy rənglərdə rənglənib. Brendin kapot üzərindəki embleminə qızıl suyu çəkilib. Avtomobilin içində dəri ilə üzlənmiş ağ rəngli kürsülər quraşdırılıb və dekorativ ağac taxmalardan istifadə edilib.
 
Rolls-Royce Ghost xüsusi versiyası 570 at güclü 6,6 litrlik 12 silindrli turbo mühərriklə hərəkətə gətirilir.
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR