Yunanlar islahatlar siyahısı hazırlayır

Yunanlar islahatlar siyahısı hazırlayır
20:22 21 Fevral 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstan hökuməti bazar ertəsi xarici kreditorlarına təqdim etməyə razılaşdığı islahatlar üzrə işləyir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Yunanıstanın maliyyə yardımı planının dörd aylıq uzadılması üçün islahatlar avrozonanın qalan hissəsini və Beynəlxalq Valyuta Fondunu qane etməlidir.
 
Cümə günü Brüsseldə keçirilən danışıqlar zamanı vaxtın uzadılması təklif olunmuşdu.
 
Şənbə günü Yunanıstanın sərt qənaət tədbirlərinə qarşı olan baş naziri Alexis Tsipras razılaşmanı "qəti addım" adlandıraraq ölkəni gözləyən "real çətinlikləri" qeyd edib.
 
"Biz mübarizəni qazandıq, müharibəni yox", cənab Tsipras deyib.
 
Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble deyib ki, Yunanıstanın solçu hökuməti razılaşmanı xalqa izah etməkdə "çətinlik çəkəcək".
Alexis Tsipras yanvar ayında Yunanıstanda keçirilən seçkilərdə qalib gəlib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR