Gənc əməkdaşlar diqqət mərkəzindədir

Gənc əməkdaşlar diqqət mərkəzindədir
20:38 21 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AzərTAc
“Azərikimya” İstehsalat Birliyinin akt zalında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzinin məzunları ilə növbəti görüş keçirilib. Tədbirdə neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi əmək fəaliyyətinə başlamış 180 nəfər gənc iştirak edib. Elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, tornaçı, təmirçi-çilingər peşələrinə yiyələnmiş bu gəclər Birliyin etilen-polietilen zavodunda və təmir-tikinti idarəsində çalışırlar.
AzərTAc xəbər verir ki, görüşü “Azərikimya” İB-nin icraçı direktorunun kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev açaraq tədbirin mahiyyəti haqqında məlumat verərək, bu qəbildən olan tədbirlərin gənclərin istək və arzularının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Etilen-polietlen zavodunun baş mühəndisi Adil Cəfərov və təmir-tikinti idarəsinin rəisi Zahir Abdullayev iştirakçıları rəhbərlik etdikləri müəssisələrdə ixtisaslı gənc fəhlə kadrların fəaliyyət istiqamətləri haqqında məlumatlandırdılar.
Qeyd olundu ki, “Azərikimya” İB-də əməkçilərin iş və məişət şəraitinin yaxşılaşdırılması, onların əməyinin və sağlamlığının mühafizəsi prioritet məsələlərindəndir. Bütün işçilərlə əmək müqaviləsi bağlanılır, onlar əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılır. ARDNŞ-in tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində sığortalanan hər bir işçiyə ölkənin müxtəlif şəhərlərindəki 40-a yaxın ixtisaslaşdırılmış klinikalarda, o cümlədən Sumqayıtın dörd sağlamlıq ocağında istənilən vaxt heç bir məhdudiyyət olmadan pulsuz müalicə olunmaq imkanı yaradılıb.
Fikir mübadiləsi və diskussiya şəraitində keçən görüşdə gənclər onlara yaradılan normal iş şəraitindən, göstərilən diqqət və qayğıdan danışdılar, istək və arzularını ifadə etdilər.
Sonda gənc kadrları maraqlandıran bir sıra suallara aydınlıq gətirildi.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_emekdaslar_diqqet_merkezindedir-834011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR