Dünyanın ən hündür binasında yanğın (VİDEO)

Dünyanın ən hündür binasında yanğın (VİDEO)
20:41 21 Fevral 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən hündür binalarından biri olan Dubaydakı Torch qülləsində böyük yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, yanğın bu gün səhər saatlarında baş verib.

Güclü külək səbəbindən yanğın 336,1 metrlik binaya yayılıb. Bununla belə yanğını söndürmək mümkün olub.

Yanğının səbəbi hələlik bilinmir. Yüzlərlə adam təxliyyə edilib və xəsarət alanların olmadığı bildirilir.

"Bir saat ərzində yanğın təxminən 60 mərtəbədə demək olar ki, söndürülüb", - deyə hadisə şahidlərindən biri bildirib.

Onun sözlərinə görə, yanğın 50-ci mərtəbədə başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR