Kiyevə sülhməramlı gəlir

Kiyevə sülhməramlı gəlir
20:51 21 Fevral 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-ın baş katibi Pan Gi Mun və Ukraynanın xarici işlər naziri Pavel Klimkin fevralın 23-də Nyu-Yorkda görüşəcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə BMT-ın rəsmi nümayəndəsi Farxan Xak bildirib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın şərqinə sülhməramlı qüvvələrin göndərilməsi haqqında məsələni müzakirə edəcəklər.

Pan Gi Mun və Pavel Klimkin bu gün telefon söhbətində Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar.

Baş katib Ukraynanın şərqinə sülhməramlı qüvvələrin göndərilməsi imkanı haqqında xarici işlər nazirinə məlumat verib ki, BMT bu məsələdə Təhlükəsizlik Şurasının qərarını rəhbər tutacaq.

XİN rəhbəri bildirib ki, Ukrayna deskalasiya üçün əvvəlcə sülhməramlı qüvvələrin, bundan sonra isə prosesin sabit saxlanılması üçün Avropa İttifaqının polis missiyasının gəlməsini istəyir.

Xatırladaq ki, həmin gün günün ikinci yarısında baş tutacaq görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Serqey Lavrovla danışıqlar aparılacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR