Brüsseldə əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib

Brüsseldə əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib
20:53 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Brüssel, 21 fevral, AzərTAc
Brüsselin məşhur konsert zallarının birində - İncəsənət Sarayında Azərbaycanın əməkdar artisti Fərqanə Qasımovanın konserti keçirilib.
Anşlaqla keçən konsert Brüssel İncəsənət Sarayının təşəbbüsü və Azərbaycanın Belçikadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.
Konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilmiş muğam inciləri, Füzuli kantatası, bır sıra xalq mahnıları və Qarabağ şikəstəsi dinləyicilər tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.
Konsertdən sonra Fərqanə Qasımova yerli KİV nümayəndələrinə müsahibə verib.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Brüssel


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brusselde_emekdar_artist_Ferqane_Qasimovanin_konserti_kechirilib-834013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR