TaigaPhone məlumatları qoruyacaq

TaigaPhone məlumatları qoruyacaq
20:57 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

İş adamları öz məlumatlarının təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Buna görə onlara yüksək təhlükəsizliyə malik qurğu lazımdır. Natalya Kasperskinin şirkəti tərəfindən hazırlanmış yeni TaigaPhone smartfonu bu məsələdə onlara kömək olmalıdır. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən qurğunu Yevgeni Kasperskinin keçmiş xanımının rəhbərlik etdiyi InfoWatch firmasına məxsus Tayqa sistem şirkəti hazırlayıb. Natalya Kasperski bir vaxtlar məşhur antivirus laboratoriyasının həmtəsisçisi olub. TaigaPhone pərakəndə satışa çıxarılmayacaq, informasiyanın təhlükəsizliyini təmin etmək istəyən korporativ müştərilərə satılacaq.
 
Tayqa sistem şirkətinin nümayəndəsi bildirir ki, elektron içlik, proqram təminatı və qurğunun dizaynı Rusiyada hazırlanıb. Bununla belə, qurğu Çində istehsal edilir. Qurğudan heç bir informasiya (fotoşəkil, sənəd, telefon danışığı, məkan haqda məlumat) istifadəçidən xəbərsiz sıza bilməz – şirkət əmin edib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR