Dövlət Sərhəd Xidmətinin rəisi İrana səfər edəcək

21:03 21 Fevral 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 21 fevral, Rabil Kətanov, AzərTAc.
Fevralın 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev İran İslam Respublikasına səfər edəcək.
Səfər çərçivəsində E.Quliyev İranın müvafiq dövlət qurumunun rəhbəri ilə görüşəcək. Görüşdə narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı birgə mübarizənin aparılması, iki dövlət arasındakı sərhəd-keçid məntəqələrinin işinin təkmilləşdirilməsi məsələləri, eləcə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri,
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Serhed_Xidmetinin_reisi_Irana_sefer_edecek-834019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR