iPhone 6-nun eksklüziv versiyası buraxıldı

iPhone 6-nun eksklüziv versiyası buraxıldı
21:12 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın Goldgenie şirkəti Çin Yeni ili ilə eyni vaxtda iPhone 6 smartfonunun bahalı versiyasını təqdim edib. Həm də bu yaxınlarda elan edilmiş 3.5 milyon dollarlıq eksklüziv modeldən fərqli olaraq, 64 və 128 QB-lıq yaddaşa malik yeni modifikasiyanın dəyəri müvafiq olaraq 4000 və 4300 dollar təşkil edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, iPhone 6 Elite Year of the Goat Limited Edition 24 karatlıq qızılla örtülmüş və arxa paneldə lazer vasitəsilə bu ilin simvolu həkk edilmiş korpusa malikdir. Qurğu içərisində qulaqlıq, birləşdirici stansiya, USB kabel və sənəd olan çox gözəl laklanmış qutuda tədarük olunur.
 
Smartfonun texniki xarakteristikaları dəyişməz qalıb. iPhone 6 smartfonu 1334x750 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 64 bitlik Apple A8 prosessoru, 1 QB əməli yaddaş, avtofokus və ikiqat işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik əsas iSight kamerası, FaceTime ön kamerası, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 4.0, NFC, A-GPS, GLONASS, barometr, akselerometr və jiroskopla təchiz edilib.
 
iPhone 6 Elite Year of the Goat Limited Edition 99 nüsxə olmaqla məhdud tirajla çıxarılacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR