Azərbaycanda 15 yaşlı oğlanı elektrik vurdu (FOTO)

Azərbaycanda 15 yaşlı oğlanı elektrik vurdu (FOTO)
21:16 21 Fevral 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda elektrik vurması nəticəsində kənd sakinlərinə məxsus 3 baş iribuynuzlu heyvan tələf olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, heyvanları suvarmağa aparan azyaşlı isə ölümdən son anda qurtula bilib.

Hadisə bu gün günorta saatlarında Goranboyun Əhmədabad kəndində baş verib. Heyvanları suvarmağa aparan 15 yaşlı Fəxri Quliyev kəndi elektrik enerjisi ilə təmin edən transformatorun yaxınlığıdan keçərkən onu elektrik vurub. Azyaşlı bir müddət yerdə hərəkətsiz qalıb. Yerə yıxılan Fəxri Quliyev kənd sakinlərinin köməyi ilə hadisə yerindən çıxarılıb. Hadisə nəticəsində kənd sakinlərinə məxsus 3 baş iribuynuzlu mal-qara tələf olub.

Hazırda azyaşının vəziyyəti normaldır.

Elektrik transformatoru kəndin otlaq sahələrinə gedən yolunun kənarında yerləşir. Sakinlər deyir ki, hər dəfə hava yağmurlu olanda oxşar hadisə təkrarlanır. Heyvan sahibləri onlara orta hesaba 2500 manat qədər ziyan dəydiyini deyir. Hadisə yerində Goranboy elektrik şəbəkəsinin əməkdaşları da olub. Artıq transformatora gedən xətt açılıb. İndi 70 evdən ibarət Əhmədabad kəndinin təqribən 50 evi işıqsız qalıb.

Məsələylə bağlı Goranboy rayon elektirk şəbəkəsindən bidirdilər ki, hadisənin səbəbini dəqiqləşdirmək üçün mütəxəssislər dəvət olunub və torpağın suxuru yoxlanılacaq. Bundan əlavə sakinlər tərəfindən də transformatora müdaxilə olunma ehtimalı var ki, bu da əlavə yüklənməyə səbəb olur. Kəndin bu gün elektrik enerjisi iə təmin edilib edilməyəcəyi isə mütəxəssislərin rəyindən sonra bəlli olacaq.











Mənbə
ANS PRESS: Ramil İbrahimli



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR