Biz qəti şəkildə mübarizə aparmalıyıq ki, Xocalı faciəsi kimi hadisələr bir daha təkrarlanmasın

21:33 21 Fevral 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
“Azərbaycandan olan dostlarımla birlikdə bugünkü tədbirdə iştirak etməyi və Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla anmağı özüm üçün böyük şərəf sayıram. Biz qəti şəkildə mübarizə aparmalıyıq ki, Xocalı faciəsi kimi hadisələr bir daha təkrarlanmasın”.
Bu fikirləri ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının plenar iclası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbirdən sonra qurumun üzvü Ramon Romero bildirib.
Ramon Romero deyib: “Biz Texas ştatının nümayəndələri olaraq burada dost kimi toplaşıb Xocalı faciəni yad edirik. Texasda Azərbaycanın yaxşı dostları var. Bizimlə eyni baxışları bölüşən müttəfiqlərin olması vacibliyini yaxşı başa düşürük. Bu, bizim təhlükəsiz şəraitdə yaşamağımız üçün vacibdir ”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Biz_qeti_sekilde_mubarize_aparmaliyiq_ki_Xocali_faciesi_kimi_hadiseler_bir_daha_tekrarlanmasin-834023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR