Sony televizor və smartfon istehsalını dayandırır

Sony televizor və smartfon istehsalını dayandırır
21:37 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Sony şirkəti növbəti üç il ərzində rəqəmli kamera və PlayStation oyun konsolu sayəsində gəlirlərini 25 dəfə artırmaq niyyətindədir. Bu barədə şirkət rəhbəri Kadzuo Hirai məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni strategiyaya əsasən, 2018-ci ilin martında başa çatacaq 2017-ci maliyyə ilində əməliyyat gəlirinin əsas hissəsini kamera, mobil qurğular, konsol, oyunlar və digər əyləncəli məhsullar üçün sensorlu ekranların satışı təmin edəcək. Bu müddətdə Sony 500 milyard yen (4,2 milyard dollar) əldə etməyi düşünür. Analitiklərin proqnozlarına görə, şirkət hazırkı maliyyə ilini xalis itki ilə başa vuracaq.
 
Bununla yanaşı, K.Hirai televizor və smartfon istehsalı ilə məşğul olan bölmələrin bağlana biləcəyini vurğulayıb. Son illər bazarda Apple və Samsung şirkətləri liderdir, Sony isə onlara çatmağa çalışır. İtki ilə işləyən bölmələrin fəaliyyətinin dayandırılması şirkətin strukturunun təşkilinin yeni mərhələsi olacaq.
 
K.Hirai 1984-cü ildən Sonydə çalışır, 2012-ci ildən şirkətin prezidenti vəzifəsini icra edir. Son altı ili şirkət maliyyə ilini xalis itki ilə başa vurur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR