Yenilənmiş Bentley Continental - FOTO

Yenilənmiş Bentley Continental - FOTO
21:42 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bentley şirkəti Cenevrə motorşousu çərçivəsində restayling edilmiş kupe və kabriolet Continental GT və sedan Flying Spur modellərini təqdim edəcək. Sedanda dəyişiklik minimum olsa da, ikiqapılı modeldə yeniliklər daha çoxdur. Yenilənmiş versiya əvvəlkindən bamperləri, radiator barmaqlığı və 20-21 düymlük təkər disklərinin dizaynı ilə fərqlənir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, ikiqapılı Continental GT salonunda daha iri sükanaltı ləçəklərlə deyişikliyə məruz qalmış yeni sükan, həmçinin mərkəzi konsolda yeni dekorativ elementlər diqqət çəkir. Avtomobillərin texniki yenilənməsi də həyata keçirilib. Hər iki modelin mühərriklərinin hasilatı artırılıb.
 
İstehsalçı Flying Spur sedanın yalnız interyerinin təsvirlərini yayıb. Bu da anlaşılandır, belə ki, avtomobil xaricdən heç bir dəyişikliyə məruz qalmayıb.
 
Yeni avtomobillər yayda Avropada satışa çıxarılacaq.
 
Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR