Peugeot 208 təqdim olundu - FOTO

Peugeot 208 təqdim olundu - FOTO
21:47 21 Fevral 2015
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Peugeot şirkəti yenilənmiş 208 heçbeki rəsmi məxvilikdən çıxarıb. Populyar yığcam heçbekin eksteryeri kiçik dəyişikliyə məruz qalıb və o çoxsaylı müxtəlif rəng çalarları, həmçinin işıqdiod qabarit işıqları əldə edib. Avtomobil 11 ədəd müxtəlif mühərriklə təklif ediləcək. Yeni modelin ictimaiyyətə təqdimatı Cenevrə avtosalonunda nəzərdə tutulub.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2015-ci model ilinin yenilənmiş Peugeot 208 heçbekin ön hissəsi bir qədər dəyişdirilib və avtomobil yeni faralar, dəyişdirilmiş radiator barmaqlığı və ön bamper, həmçinin dəyişikliyə məruz qalmış işıqdiod texnologiyalı arxa qabarit işıqları əldə edib.
 
Yenilənmiş Peugeot 208 interyerində də dəyişikliklər az deyil. Avtomobilin salonunda dəri sükan çarxı, 7 düymlük sensor displey və yeni texnoloji avadanlıqlar var.
 
Standart modifikasiya ilə yanaşı yenilənmiş Peugeot 208 heçbek GT Line versiyası da əldə edib. Digər bir versiya isə Peugeot Sport idman bölməsi mühəndislərinin iştirakı ilə hazırlanmış Peugeot 208 GTi olacaq.
 
2015-ci model ilinin Peugeot 208 heçbekinin rəsmi satışları bu ilin ortalarında başlayacaq. Qiymət və komplektasiyalar satışlara yaxın açıqlanacaq.
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR